Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib

2024-cü il oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Aznews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bununla bağlı sərnişinlərə müraciət edib.

Sərnişinlərə tövsiyə olunub ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlasınlar. Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər. İctimai nəqliyyat vasitələrinə üstünlük versinlər.

"“Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir". - deyə müraciətdə qeyd edilib.