• Toplum
  • 21 Oktyabr 19:13
  •  5 018

Leysan və sulu qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Aznews.az xəbər veirir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə isə sulu qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

***

16:07

Oktyabrın 21-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.