- Toplum
- 1 Noyabr 19:31
- 3 451
Peter Mixalko COP29 konfransının keçiriləcəyi yerlə tanış olub
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko COP29 iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub.
"Aznews.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“10 gündən sonra COP29 iqlim konfransı başlayır. Bu, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ən böyük qlobal konfransdır”, - paylaşımda qeyd edilib.