- Toplum
- 18:17
- 896
Nazir: "Gələn il məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlərdən biri olacaq"
2025-ci ildə Azərbaycanda məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritet istiqamətlərdən biri olacaq.
Aznews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gələn il ölkədə Məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğuluğa nəzarət üzrə vahid elektron informasiya sistemi, səyyar monitorinq alt sistemi, Elektron Əmək Birjası və Yarmarkası üzrə işlər tamamlanacaq: "Bu elektron xidmətlər ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyyə keçirəcək, inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəricilərini, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamaları barədə məlumatları, təlim, peşə yönümü və peşə hazırlığı fəaliyyətinin onlayn müstəviyə daşınması nəticəsində əmək bazarının rəqəmsal ekosistemini formalaşdıracaq”.