- Toplum
- 19 Dekabr 2024 09:30
- 3 697
Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.
Dekabrın 14-də Nərimanov rayonu, Z.Bünyadov prospektiində yerləşən "Çingiz Xan" restoranının qarşısında "Hyundai" markalı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. Nəticədə qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Əliyeva ötən gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.