TƏBİB: Gələn ildən tibb müəssisələrində vərəm, çarpayı, təxliyə modulları tətbiq olunacaq

Vərəm, çarpayı, təxliyə modulu kimi modullar hazırlanıb və gələn ilin ilk aylarında TƏBİB tabeli tibb müəssisələrində tətbiq olunacaq.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O xatırladıb ki, gələn ilin birinci rübündən başlayaraq E-tabib Xəstəxana İdarəetmə Sisteminin tətbiq edilməsi də planlaşdırılır.