• Toplum
  • 25 Dekabr 2024 17:21
  •  3 609

TV-lərdə matəm proqramları yayımlanacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “Media haqqında” qanunun matəm günləri ilə bağlı müvafiq maddəsinin tələblərinə riayət olunmalıdır.

Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

AzNews.az