- Toplum
- 27 Dekabr 16:02
- 1 243
Azərbaycanda daha 9 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 25-26-da keçirdiyi hərraclarda 9 nəqliyyat vasitəsi satılıb.
AzNews.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, avtomobillərdən 6-sı "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə, 1-i ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə ("Azərsığorta" ASC), 2-si isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus olub.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 7, 10 14, 28 və 30 yanvarda keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketləri, müəssisə və nəqliyyat vasitələri çıxarılıb.
Hərraca çıxarılan əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.