- Toplum
- 17 Yanvar 15:32
- 1 216
Ötən ilin 11 ayında 3 min 90 əkiz, 117 üçəm və 4 dördəm doğulub
Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.
Körpələrdən 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.