- Toplum
- 30 Yanvar 21:23
- 958
Yaxın 5 il ərzində Bakıda yeni avtomobil yolları tikilərək istismara veriləcək
İki il ərzində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi nəzərdə tutulur.
Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Bununla yanaşı, 2026-cı ilə qədər Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin, 2030-cu ilə qədər Binəqədi−Novxanı avtomobil yolunun, Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun, Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi planlaşdırılır.