• Toplum
  • 30 Yanvar 21:30
  •  1 060

20 Yanvar yol qovşağı təkmilləşdiriləcək

20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq.

Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

2025−2026-cı illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, qovşağın istifadəyə verilməsi nəzərdə tutulur.