- Toplum
- 11:37
- 823
Bakının bu rayonlarında su olmayacaq
Sabah saat 10:00-dan fevralın 6-sı saat 07:00-a qədər Bakının Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti və yenidənqurma işləri aparılacaq, odur ki, bu rayonların bəzi ünvanlarında su təchizatında fasilə yaranacaq.
AzNews.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təmir-tikinti işlərinin tamamlanmasından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
AzNews.az