- Toplum
- 20:19
- 1 149
132 nəfər vəkil olmaq istədi, neçəsi şifahi imtahandan kəsildi?
![](https://www.aznews.az/storage/2025/02/12/vekil.jpg)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə keçən il oktyabrın 1-dən bu il fevralın 4-dək ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
ARVK-dan bildirilib ki, şifahi müsahibə mərhələsində vəkilliyə 132 namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 114 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Qeyd edək ki, fevralın 20-si saat 10:00-da vəkilliyə namizədlərin icbari təliminin hibrid formada açılış mərasimi olacaq. Əyani təlimlər isə 24 fevral - 17 mart tarixlərində keçiriləcək. Təlimlər 2 qrup olmaqla, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının əsas binasındakı auditoriyada təşkil ediləcək. İcbari təlimin keçirilməsi ilə bağlı əlavə məlumat Ədliyyə Akademiyası tərəfindən veriləcək.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə kollegiyanın səhifəsindən yerləşdirilmiş linkə daxil olaraq tanış olmaq mümkündür.
AzNews.az