- Toplum
- 12:23
- 854
Bu il üçün sosial xidmət interaktiv xəritənin təhvil verilməsi nəzərdə tutulur

Bu il üçün sosial xidmət interaktiv xəritənin təhvil verilməsi nəzərdə tutulur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla da istənilən vətəndaş sistemə daxil olub hansı rayon, yaxud kənddə hansı növ sosial xidmətin göstərilməsi ilə bağlı müraciət edə biləcək:
"Məsələn, şərti olaraq regionlarda daun sindromlu uşaqların valideynləri müraciət edəcək ki, bu istiqamətdə sosial xidmət müəssisəsinin yaradılmasına ehtiyac var. Biz də dərhal həmin xidmətlərin əvvəlcədən təşkil edilməsinə nail olacağıq”.