- Toplum
- 19 Mart 20:35
- 1 076
Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini nəzarətə götürüb

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini nəzarətə götürüb.
Aznews.az xəbər verir ki, bu barədə A.Rəşidoğlu özünün sosial şəbəkə hesabında yazıb.
“Dostlarımız Cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna yardım xahişi ilə müraciət etdilər. İnanırdım ki, müsbət reaksiya olacaq, ancaq bu qədər tez reaksiyanın olacağını ağlıma gətirə bilməzdim. Bu gün Heydər Əliyev Fondundan dəfələrlə zəng oldu və ən yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlarını və sona qədər yanımda olacaqlarını dedilər. Hətta sənədlə bağlı kiçik problem yaranmışdı, anındaca həll etdilər. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin cənab Prezidentin şəxsi nəzarətində olduğunu dedi”, - o bildirib.
A.Rəşidoğlu Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.
“İnşəallah ki, tezliklə tam sağaldığımı sizə xəbər verəcəyimə inanıram. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı”, - o bildirib.
Qeyd edək ki, jurnalist Azər Rəşidoğlu səhhətində yaranmış ciddi onkoloji xəstəlikdən əziyyət çəkir.