• Toplum
  • 4 Aprel 13:39
  •  3 904

Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 milyon 263 min 430 elektron məktubu emal edib.

AzNews.az-ın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, onlardan 3 milyon 555 min 558-ni istifadəçilərə çatdırılıb, 707 min 872-ni isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bildirilir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış məktubların sayı 4 % artıb.

Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.