- Toplum
- 8 Aprel 12:10
- 3 897
Bakının Nərimanov rayonunun bir hissəsində su kəsiləcək

Bakının Nərimanov rayonunun "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə bu gün və sabah suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Buna səbəb rayon ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar başlanan işlər davam etdirilməsidir.