• Toplum
  • 10 Aprel 16:08
  •  3 227

23 nəfər buraxılış imtahanında maksimum nəticə göstərib

Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.

Qeyd: 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.