• Toplum
  • 13 Aprel 14:17
  •  4 149

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

Aznews.az xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

Məlahət Zeynallının sözlərinə görə, “Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: “Bu günlərdə “ximiya”ya başlayacaqlar”.