• Toplum
  • 14 Aprel 18:57
  •  3 575

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanılıb

Sosial şəbəkələrdə yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub.

Bildirək ki, azyaşlı qız amansızcasına döyülüb, videoya çəkilib, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.