- Dünyanın halı
- 8 Noyabr 2018 09:58
- 4 976
Bütün dünyanı lərzəyə gətirən bu sərkərdənin ad günü keçirilir - VİDEO
Çingiz xanın 856 yaşı tamam olur
Monqolustanda məşhur sərkərdə Çingiz xanın ad günü keçirilir.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Monqolustan indi" nəşri yayıb.
Mənbə yazır ki, bu gün Monqolustanda iş günü sayılmır. Bütün xalq bir vaxtlar dünyanı lərzəyə gətirən sərkərdə Çingiz xanın 856 illiyini qeyd edir.
Çingiz xan 1162-ci il noyabrın 8-də dünyaya gəlib. 1227-ci il avqust ayının 11-də dünyasını dəyişən sərkərdənin qəbrinin yeri heç kəsə məlum deyil.
Görkəmli Monqol hökmdarı və sərkərdəsi olan Çingiz xan monqol qəbilələrini bir bayraq altında birləşdirərək insanlıq tarixində ən böyük dövlət olan Böyük Monqol imperiyasını (1206-1368) qurub.
Çingiz xanın mәşhur bir sitatı var: “Bir mismarı kiçik bilmә, bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir ordu da bir dövlәti xilas edir".
Babək Göyüş
AzNews.az