Cənubi Koreya KXDR ilə əməkdaşlıq etmək istəyir. Cənubi Koreya KXDR ilə əməkdaşlıq etmək istəyir.

Cənubi Koreya ətraf mühiti KXDR ilə birgə qoruyacaq

Cənubi Koreya KXDR ilə əməkdaşlıq etmək istəyir.

Cənubi Koreya ətraf mühitin mühafizəsində və bu sahədə araşdırmaların aparılmasında Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlıq etmək istəyir.

Bu barədə Cənubi Koreyanın ətraf mühit naziri Ço Myunq-re Yonhap agentliyinə müsahibəsində deyib. O, rəhbərlik etdiyi nazirliyin Koreya yarımadasında ətraf mühitin qorunması istiqamətində Şimali Koreya ilə müxtəlif layihələr həyata keçirməyi planlaşdırdığını bəyan edib. Buraya atmosferin, çayların, flora və faunanın tədqiqatı da daxildir.

“Mənim ətraf mühit sahəsində Koreyalararası əməkdaşlığa dair böyük ümidlərim var. Əgər şərtlər uyğun olarsa, bizim nazirlik Şimali Koreya ilə hava, su və təbiətın araşdırılmasına dair birgə tədqiqatların aparılmasına çalışacaq”, - deyə Ço Myunq-re bildirib.(AZƏRTAC)

© AzNews.az