- Dünyanın halı
- 25 Noyabr 2018 15:17
- 3 149
Şahzadənin aldığı tarixi əsər müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR
Fantastik qiymətə satılan bu tarixi əsər alındıqdan sonra yoxa çıxıb.
Məşhur rəssam Leonardo Da Vinçi tərəfindən ərsəyə gətirilən və “Erkək Mona Liza” olaraq ifadə edilən “Salvator Mundi” əsəri Səudiyyə şəhzadəsi Məhəmməd bin Salman tərəfindən 450 milyon dollara alınmışdı. Fantastik qiymətə satılan bu tarixi əsər alındıqdan sonra yoxa çıxıb.
Şahzadədən başqa əsərin yerini heç kimin bilmədiyini deyən mütəxəssislər tablonun aqibətindən narahat olduqlarını vurğulayıb.
Da Vinçinin ən önəmli əsərlərindən olan “Salvator Mundi” ABŞ-da keçirilən bir hərrac zamanı satılmışdı.
Əsərin bu ilin sentyabr ayında Dubayda “Louvre Abu Dabi” muzeyində sərgilənməsi gözlənilirdi. Lakin əsərin ortalığa çıxarılmaması mütəxəssislərin narahatçılığına səbəb olub. Onlar tablonun yerini şahzadə Məhəmməd bin Salmandan başqa heç kimin bilmədiyini deyir.
Əsərin keçmiş sahibi Rober Simon da narahat olduğunu bildirərək bu tablonun nə qədər vacib olduğu haqqında danışıb. O, 500 illlik bu əsərin ortalığa çıxarılmasının və sərgilənməsinin çox əhəmiyyətli olduğunu bildirib.
Tabloda İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırmış vəziyyətdə təsvir olunub.
1763-cü ildə yoxa çıxan əsər 1953-cü ildə Londonda ortaya çıxıb. Keçirilən bir hərracda əsərin həqiqi olmadığı düşünülərək, o vaxtın pulu ilə cəmi 45 ingilis funt-sterlinqinə satılmışdı.
2005-ci ildə ABŞ-da yenidən hərraca çıxarılan əsər 10 min dollar ilə özünə alıcı tapmışdı.
2007-ci ildə yenidən restovrasiya edilən əsər bir hərracda 127 milyon dollara rusiyalı milyarder Dmitri Ribololevə satılıb.
Ən son olaraq bu əsər 450 milyon dollara ərəb şəhzadəsinə satılıb.
Ayrıca olaraq bu tablo dünyada hərracda ən baha satılan əsər olaraq da tarixə keçib.(musavat.com)
AzNews.az