- Dünyanın halı
- 1 Fevral 2019 09:59
- 3 051
Sosial mediada böyük əməliyyat! - Minlərlə hesab...
“İranla əlaqəli saxta fəaliyyət göstərən 783 səhifə, qrup və profil bağlanıb”.
“Twitter”, “Facebook” və “İnstagram”da İran, Rusiya, Venesuela və Banqladeş mərkəzli minlərlə saxta profil yalan məlumat yaydığı üçün bağlanıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Twitter”dan verilən açıqlamaya görə, Venesuelada “ölkədəki şəxsləri hədəfləyən dövlət dəstəkli kampaniya” aparan mindən çox hesabın bağlandığı bildirilib.
Verilən açıqlamada İranda 2 min 167 profillə yanaşı Rusiya və Banqaldeşdə də bir çox hesabın bağlandığını bildiriblər.
“Twitter”ın bu açıqlamasından qısa müddət sonra “Facebook” da “Facebook” və “İnstagram” üçün bu cür addım atdığını bildirib.
“Facebook”dan verilən açıqlamada “İranla əlaqəli saxta fəaliyyət göstərən 783 səhifə, qrup və profil bağlanıb” deyilib.
Pərvanə Ağazadə
AzNews.az