- Dünyanın halı
- 1 Oktyabr 2019 09:54
- 2 566
Bu ölkədə siyasi böhran: Prezident Konqresi buraxdı, Konqres də onu vəzifədən azad etdi
Ölkəni hazırda prezidentin qadın köməkçisi idarə edir
Peru prezidenti Martin Viskarra bu gün Konqresin buraxıldığını elan edib. Konqres isə keçici olaraq Viskarranı vəzifədən azad edib və yerinə prezidentin köməkçisi Mercedes Araozu təyin edib .
AzNews.az xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Peruda Konqres hökumətin çağırışlarına baxmayaraq Konstitusiya Məhkəməsinə yeni üzv seçib.
Nəticədə ölkədə böyük siyasi böhran başlayıb.
Çoxluğu müxaliflərin əlində olan Konqresdə parlemantarilər, hökumətin bütün xəbərdarlıqlarına baxmayaraq Konqres rəhbəri Pedro Olaechanın qohumu Gonzalo Ortiz de Zevallos Olaechanı Konstitusiya Məhkəməsi üzvlüyünə seçib.
Belə bir vəziyyətin yaranacağı təqdirdə Konqresi buraxacağını əvvəlcədən açıqlayan prezident Viskarra gözlənildiyi kimi Konqresi “dağıdıb” və növbədənkənar seçki çağırışı edib.
Viskarra hər zaman Konstitusiyaya dərindən bağlı olduğunu və Peru üçün mübarizə edəcəyini vurğulayıb:
“Peru xalqı, indi tarix yazırıq və bu anı gələcək nəsillər xatırlayacaq. Ümid edirəm, xatırladıqları zaman bu mübarizənin ağırlığını və bu gün bir neçə pis insanın ölkəmizə nə dərəcədə ziyan verdiyini başa düşərlər”.
Müxalif parlamentarilər isə Viskarranın verdiyi qərarın ardınca onun keçici olaraq vəzifədən alınmasına qərar verib.
Qərarın ardınca keçici prezident kimi təyin edilən prezident köməkçisi Mercedes Araoz danışıb:
“Mən məsuliyyətli mübariz bir qadınam və çətinliklər nə qədər böyük olur olsun, mübarizədən qaçmaram”.
Pərvanə
AzNews.az