Dinsin son görüldüyü yer baldızının evi olub Dinsin son görüldüyü yer baldızının evi olub

15 illik cinayət “Facebook”da həllini tapdı

Dinsin son görüldüyü yer baldızının evi olub

Beş il əvvəl Şimali Karolinada itkin düşən 29 yaşlı Debora Dinsin (Deborah Deans) fotosu “Facebook”da itkin düşənlərin səhifəsinə yerləşdirilib. Bir nəfər fotonun altına qadının cəsədinin yerini yazıb. Bu haqda səhifə meneceri dərhal polisə məlumat verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, səhifəyə şərh yazan şəxs Dinsin cəsədinin yerini ətraflı bir şəkildə yazıb. Yazılan ünvan itkin düşən qadının baldızı Kimberli Henkokun (Kimberly Hancock) evinin bağçasına işarə edib.

Dins elə son dəfə də baldızının evində görülmüşdü.

Polis evə basqın edib və axtarış zamanı Dinsin cəsədini tapıb. 49 yaşlı Henkok birinci dərəcəli cinayətdə şübhəli bilinərək saxlanılıb.

Səidə Vahid

AzNews.az

image description image description