- Dünyanın halı
- 12 Noyabr 2019 21:05
- 1 565
Dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum etdi - Yaralılar var
Hücuma məruz qalan gəmidə 35 nəfər olub
Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.
7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.
Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.
İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hücuma məruz qalan gəmidə 35 nəfər olub.(trend.az)
AzNews.az