- Dünyanın halı
- 29 Noyabr 2019 13:54
- 1 898
ABŞ-da müsəlman konqresmenə hədə: Asılsın...
İlhan Omarın İrana həssas məlumatları sızdırdığı sübut olunarsa, o, vətənə xəyanətdə ittiham edilməlidir
ABŞ-ın Respublikaçılar Partiyasından Nümayəndələr Palatası üzvlüyünə namizəd Daniella Stella müsəlman qadın konqresmen İlhan Omarı ölümlə təhdid edib.
Stella Tvitter səhifəsində İlhan Omarın İrana casusluq etdiyini və buna görə də onun asılmalı olduğunu yazıb.
“İlhan Omarın İrana həssas məlumatları sızdırdığı sübut olunarsa, o, vətənə xəyanətdə ittiham edilməli və asılmalıdır”, - Stella bildirib.
Tvitter rəhbərliyi isə “Qardian” qəzetinə verdiyi açıqlamasında Daniella Stellanın qaydaları dəfələrlə pozduğu üçün hesabının bağlanıldığını bildirib. (Axar.az)