"Bu gün mənə COVID-19 diaqnozu qoyuldu" "Bu gün mənə COVID-19 diaqnozu qoyuldu"

Bu ölkənin prezidenti koronavirusa yoluxdu

"Bu gün mənə COVID-19 diaqnozu qoyuldu"

Honduras Prezidenti Xuan Orlando Ernandes və onun xanımı koronavirusa yoluxublar.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Xuan Orlando Ernandes televiziya çıxışında məlumat verib.

"Millətin prezidenti və məsuliyyətli bir vətəndaş olaraq bildirmək istəyirəm ki, həftə sonu narahatlıq keçirməyə başladım və bu gün mənə COVID-19 diaqnozu qoyuldu", - deyə Honduras Prezidenti bildirib.

O qeyd edib ki, koronavirusu yüngül simptomlarla keçirir və dövlət başçısı kimi vəzifəsini distant rejimdə davam etdirəcək.

Qeyd edək ki, Hondurasda 9,656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 330 nəfərin öldüyü bildirilir.

Pərvanə