- Dünyanın halı
- 21 İyun 2020 11:09
- 2 381
Əfqanıstanda silahlılar 53 nəfəri girov götürdü
Bu barədə "TOLOnews" telekanalı bildirib
Əfqanıstanın Daykundi əyalətində silahlı şəxslər aralarında qadınlar və uşaqlar da olmaqla, 53 nəfəri girov götürüb.
AzNews.az xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı bildirib.
Əyalətin qubernatoru Zia Xamdard qeyd edib ki, silahlılar artıq yerli ağsaqqalların vasitəçiliyi nəticəsində doqquz girovu sərbəst buraxıblar. Digərlərinin azad olması haqqında danışıqlar davam edir.
Qubernator iddia edib ki, insanları radikal "Taliban" hərəkatının döyüşçüləri girov götürüblər. Lakin "talib"lər hadisədəki iştirakları barədə deyilənləri rədd ediblər.