- Dünyanın halı
- 24 İyun 2020 04:54
- 3 788
Şimali Koreyadan gözlənilməz qərar
Şimali Koreya lideri Kim Çen İn hakim partiyanın Mərkəzi Hərbi Komissiyasının iclasında Cənubi Koreyaya qarşı hərbi planın dayandırılması barədə qərar verib
AzNews.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Xəbərdə iclas zamanı müharibə önləyici amilləri daha da gücləndirəcək tədbirlərin müzakirə olunduğu deyilir.
Xatırladaq ki, Cənubi koreyalı fəallar siyasi çağırışlar yazılmış broşürlərin bağlandığı şarları Şimali Koreya ərazisinə göndərib. Buna cavab olaraq iyunun 16-da Şimali Koreyanın hakimiyyət orqanları Keson şəhərində yerləşən əlaqə ofisini dağıdıb. Beləliklə, yarımadada vəziyyət yenidən gərginləşməyə başlayıb.
Pərvanə