- Dünyanın halı
- 29 İyun 2020 12:45
- 2 552
Koronavirusa yoluxan ermənilərin sayı 25 mini keçdi
433 nəfər koronavirusdan ölüb
Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.
Erməni KİV-lərinin yaydığı məlumatına görə, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.
AzNews.az