- Dünyanın halı
- 9 Dekabr 2020 18:03
- 2 801
İrəvanda bank rəhbərinin avtomobili partladıldı
Polisinin mətbuat xidməti hadisəni araşdırdıqlarını bildiri
Ermənistanın paytaxtı İrəvanda “Armeconombank”ın icraçı direktorunun avtomobili partladılıb.
AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polisə daxil olan məlumata görə, hadisə bu gün yerli vaxtla saat 08:30 radələrində İrəvanın Arabkir rayonunun Davtyan küçəsində baş verib.
“Armeconombank”ın icraçı direktoru Aram Xaçatryana məxsus “Lexus” markalı avtomobilin aydın olmayan səbəbdən partladığı bildirilib. İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.
Partlayış Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr irəlilədikdən sonra baş verib.
Polisinin mətbuat xidməti hadisəni araşdırdıqlarını bildirib.