- Dünyanın halı
- 1 İyul 2021 11:17
- 4 286
"Twitter"in işində problem yarandı
Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib
"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə fasilələr müşahidə olunur.
AzNews.az-ın məlumatına görə, bunu populyar İnternet resurslarının işini izləyən "Downdetector" xidməti bildirib.
Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib.
Məlumata əsasən, problemlər barədə ən çox məlumat (6500-dən çox) ABŞ-dan olan istifadəçilərdən gəlib, onlar saytın işində fasilələrdən şikayət edirlər (92 faiz), 6 faizi hesablarına daxil ola bilmir və daha 2 faizi Android əməliyyat sistemi olan cihazlardakı "Twitter" tətbiqi ilə bağlı problem yaşayır.