Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur

Ukraynada universitet müəllimlərinin səfərbərlikdən azad edilməsi təklif edilib

Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur

Ukrayna Ali Radasının 8 deputatı parlamentə ali təhsil müəssisələrinin müəllimlərinin elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, səfərbərlikdən azad edilməsini təklif edib.

Aznews.az xəbər verir ki, qanun layihəsi mayın 5-də qeydiyyatdan keçirilib.

Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 24-də ölkədə 90 günlük ümumi səfərbərliyin elan edilməsi ilə bağlı fərman imzalayıb. Səfərbərliyin plana uyğun getdiyi, lakin mayın 24-dən sonra da davam edəcəyi ehtimal edilir.