Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır

Kolumbiyada prezident seçkiləri keçirilir

Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır

Kolumbiyada prezident seçkiləri keçirilir

Aznews.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 17:00) açılıb və saat 16:00-a (saat 01:00-a) qədər işləyəcək.

Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır. Sorğulara görə, solçu “Tarixi pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro seçki yarışının favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.

Petronun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının daxil olduğu sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından Federiko Quterrez və siyasi hərəkatın rəhbəri “Korrupsiyaya qarşı hökmdarlar” Liqasından Rodolfo Ernandes olacaq.

Ən yüksək hökumət postuna digər namizədlər mühafizəkar “Ədalətli Kolumbiya” partiyasından Con Milton Rodriges, mərkəzçi “Ümid Mərkəzi” koalisiyasından Serxio Faxardo və sağçı Milli Qurtuluş Hərəkatı Partiyasından Enrike Martinesdir.