BRİKS sammitində 40-dan çox dövlət başçısı iştirak edəcək

22-24 avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitində 40-dan çox xarici dövlət başçısı iştirak edəcək/

Aznews.az xəbər verir ki, Cənubi Afrika Xarici İşlər Nazirliyinin media ilə əlaqələr üzrə məsul əməkdaşı Nelson Kqvete qeyd edib.

"Bəli, təsdiqləndi, sammitdə 40-dan çox dövlət başçısı iştirak edəcək", - diplomat bildirib.

Qeyd edək ki, BRİKS sammiti 22-24 avqust tarixlərində Cənubi Afrika Respublikasının sədrliyi ilə Yohannesburqda keçiriləcək. Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandorun sözlərinə görə, BRİKS liderləri sammitdə təşkilatın genişləndirilməsi məsələsini müzakirə edəcəklər. O, 23 ölkənin qrupa qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.

Mövsüm