- Dünyanın halı
- 20 May 2024 17:13
- 3 563
İspaniya və Argentina arasında diplomatik böhran böyüyür
Argentina prezidenti Xavyer Mileinin İspaniyanın baş naziri Pedro Sançesi hədəf alan açıqlamaları ilə başlayan və İspaniyanın Buenos Ayres səfirini məsləhətləşmələr üçün mərkəzə çağırması ilə böyüyən İspaniya-Argentina diplomatik böhranında tərəflər geri addım atmır.
Milei, Sançesin həyat yoldaşına qarşı korrupsiya iddialarını gündəmə gətirdikdən və İspaniyanın baş nazirinin "çirklənmiş" olduğunu söylədikdən sonra Argentina İspaniyanın "ictimai üzr istəməsi" tələbinə mənfi cavab verdi.
Argentinanın daxili işlər naziri Gilyermo Frankos İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin sorğusuna cavab olaraq, "Onların niyə bu qədər kövrək olduqlarını anlamıram. Üzr istəyəcək bir şey yoxdur" deyib.
Argentinanın TN televiziyasına açıqlama verən nazir Frankos, İspaniya hökumətinin reaksiyasının şişirdilmiş olduğunu və böhran yaradacaq bir vəziyyətin olmadığını müdafiə edərək, "Üzr istəməyə ehtiyac yoxdur. Hücumlar İspaniya hökumətindən gəldi. Ona görə də üzr istəyəcək bir vəziyyət yoxdur”,-deyə bildirib.
Argentinanın Madriddəki səfirini görüşə dəvət edən İspaniya xarici işlər naziri Albares də İspaniyanın "La Sexta" televiziyasına verdiyi açıqlamada həftə sonu Madridə gələn və ifrat sağçı Vox Partiyasının tədbirində çıxış edən Mileinin sözlərinin İspaniya qurumlarını hədəf aldığını söylədi.
Albares, "İspaniyanın mövqeyi aydın və qətidir. Mileidən ictimaiyyətdən üzr istəməzsə, lazımi tədbirləri görəcəyik" dedi.
"Bir dövlət başçısının qonaq olduğu bir ölkəyə gələrək baş naziri və dövlət qurumlarını təhqir etməsinə hər ölkə cavab verəcək" deyən Albares, "Ümid edirik ki, bu sözlər düzələcək. Bu baş verməsə, Biz dövlət qurumlarının şərəfini, suverenliyimizi və demokratiyamızı müdafiə edən qərarlar verəcəyik”. dedi.
İspaniyanın baş naziri Pedro Sançes bu gün qatıldığı konfransdakı çıxışında İspaniyanın Argentinaya reaksiyasının demokratiyanın ləyaqətinə uyğun olacağını bildirib və “həddindən artıq sağçıların beynəlxalq riskə çevrilməsi” barədə xəbərdarlıq edib.
Mövsüm
Aznews.az