- Dünyanın halı
- 28 İyun 10:20
- 2 690
BMT-nin Baş katibi COP29-da iştirak edəcək
![](https://www.aznews.az/storage/2024/06/28/6389f141-5cd1-38c4-aa21-a86ce06c59a9_850.jpg)
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.
Aznews.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.
“Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.