BMT rəhbəri hər il digər təşkilatların rəhbərləri ilə görüşlər keçirməyi planlaşdırır

BMT-nin baş katibi Antonio Quterreş birgə işi müzakirə etmək üçün digər beynəlxalq və regional təşkilatların baş katibləri ilə illik görüşlər keçirəcəyini bildirib.

"Bütün bu təşkilatlar bizim üçün fundamentaldır və bizim hər il forumumuz var. COVID ilə bu, çətinləşdi. Biz indi yenidən işə başlayacağıq. Hər il bütün təşkilatların baş katiblərini görüşə dəvət edərdim və biz bunu tezliklə yenidən etmək niyyətindəyik”,- deyə Quterreş qeyd edib.

Onun fikrincə, "problemlər daha mürəkkəbdir; vəziyyətlər daha da çətinləşir".

"Mən getdikcə daha çox əmin oluram ki, regional təşkilatların potensialı problemlərin həlli üçün vacibdir, çünki əgər iki ölkə arasında münaqişə varsa, region münaqişənin təfərrüatlarını qlobal təşkilatdan daha yaxşı bilir”.

"Buna görə də BMT regional təşkilatlarla əməkdaşlığa daha çox yanaşmalıdır",- Quterreş əlavə edib.

Mövsüm

Aznews.az