Pakistanda həbsxanadan 19 məhbus qaçıb

Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.

"Dawn" qəzetinin yazdığına görə, Azad Cammu və Kəşmirin Poonç rayonundakı Ravalakot həbsxanasında silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.

Xəbərlərdə məhbusun silahı necə və haradan əldə etməsi ilə bağlı məlumat verilməsə də, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Mövsüm

Aznews.az