Nigeriyada hərbi helikopter qəzaya uğrayıb

Nigeriya Hərbi Hava Qüvvələrinə (NAF) məxsus helikopter səhər saatlarında Şimali Nigeriyanın Kaduna əyalətinin İqabi Yerli İdarəetmə Bölgəsindəki Tami kəndinə düşüb.

Milli mətbuatda yer alan xəbərə görə; Silahlı dəstələrə qarşı əməliyyat üçün yola çıxan helikopterdə texniki problemlər yaşanıb və nəticədə qəza baş verib.

Bildirilib ki, pilot fövqəladə hallar protokollarını effektiv şəkildə həyata keçirə bilib və xəsarət almadan xilas olub.

Mövsüm

Aznews.az