Bild: İDF iyulun ikinci yarısında Hizbullaha qarşı əməliyyata başlaya bilər

İsrail Müdafiə Qüvvələri iyulun ikinci yarısında Livanın cənubunda şiə Hizbullah təşkilatına qarşı əməliyyat keçirə bilər.

Bu barədə mənbələrə istinadən Bild məlumat yayıb.

“Livanın Hizbullah qrupu İsrailə hücumlarını davam etdirərkən, daha bir açıq hərbi kampaniya başlaya bilər".

Nəşr yazır ki, İsrail ordusu “ifrat ssenariyə” hazırlaşır.

Nəşrin yazdığına görə, Qərb diplomatları Livanın cənubunda əməliyyatın “iyulun üçüncü və ya dördüncü həftəsində” başlaya biləcəyini qeyd ediblər.

Mövsüm

Aznews.az