İsveçrə Qlobal Cənub ölkələri hesabına Ukraynaya 500 milyon avro ayırmağı planlaşdırır

"Tages-Anzeiger" qəzeti iyunun 30-da yazır ki , İsveçrə hökuməti Qlobal Cənub ölkələrinin dəstəyi ilə Ukraynanın yenidən qurulması üçün birtərəfli qaydada 500 milyon avrodan çox vəsait ayırmaq qərarına görə tənqid edilib.

Nəşr bildirir ki, iyunun 26-da İsveçrə Nazirlər Kabineti Ukraynanın 4 il ərzində bərpası layihələri üçün 500 milyon İsveçrə frankı (516 milyon avro) ehtiyatı saxlamaq qərarına gəlib. Vəsaitlər inkişaf etməkdə olan ölkələrə dəstək fondundan veriləcək, lakin İsveçrə parlamenti bu tədbiri hələ təsdiq etməyib.

Bu planların ekspertlərin tənqidinə səbəb olduğu qeyd edilir. Onların fikrincə, nəticədə yardım “Qlobal Cənub ölkələrinin hesabına” veriləcək və beynəlxalq mübahisələrə səbəb ola bilər, çünki Ukrayna alıcı ölkə kimi İsveçrə şirkətlərinə bağlanacaq.

Mövsüm

Aznews.az