Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanların episentri Şizuoka prefekturasının Hamamatsu şəhərindən 901 km cənub-şərqdə olub. Şəhərin əhalisi təxminən 791 min nəfərdir. Seysmik hadisənin mənbəyi 472 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mövsüm

Aznews.az