Zelenskinin ofisi Macarıstanın atəşkəs təklifini rədd edib

Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın atəşkəslə bağlı təklifini rədd edib.

Bu barədə Ukrayna liderinin ofis rəhbərinin müavini İqor Jovkva məlumat verib.

“O, fikrini bildirdi. Bu, belə mümkün ssenarilərdən danışan ilk ölkə deyil. [Ukrayna Prezidenti Vladimir Zelenski] həmsöhbətini dinlədi, lakin cavab olaraq öz mövqeyini bildirdi. Ukraynanın mövqeyi kifayət qədər aydın, başa düşülən və hamıya məlumdur”, - o, Ukrayna telemarafonunda deyib.

Jovkva qeyd edib ki, atəşkəs münaqişənin həllinin digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz.