Robert Kaliniak: Baş nazir Fiko bir neçə gün ərzində işə qayıdacaq

May ayında sui-qəsddən sağ çıxan Slovakiyanın baş naziri Robert Fiko tezliklə vəzifəsinə qayıdacaq.

Bu barədə baş nazirin müavini və müdafiə naziri Robert Kaliniak məlumat verib.

"İnanıram ki, tezliklə o, tədricən işə qoşulacaq və biz onu görəcəyik. Bu bir neçə gün çəkə bilər",-deyə Kaliniak "YouTube"-da yayımlanan "Diskusia na palete" proqramına müsahibəsində qeyd edib.

Kaliniak bildirib ki, baş nazir artıq baş verən tədbirlərdə iştirak edir və Slovakiya prezidenti Peter Pelleqrini və iki partiyanın liderləri ilə fəal əlaqə saxlayır.

Mövsüm

Aznews.az