İsrailli istefada olan general: Qəzzada çox şey itiririk

İsrailin Qəzzada qırğınları davam edir.

Minlərlə günahsız insanın öldürüldüyü hücumlarda hərbi uğur qazana bilməyən İsrail ictimaiyyəti arasında da müzakirələr artır.

Bu çərçivədə İsrailli istefada olan general-mayor Yitzhak Brik Qəzzada çox şey itirdiklərini və baş verənlərin böyük biabırçılıq olduğunu bildirib.

"Biz Qəzzada çox şey itiririk, baş verənlər böyük biabırçılıqdır. (Baş nazir Benyamin) Netanyahu gözlərinə kül tökür",- deyə Brik qeyd edib.

Mövsüm

Aznews.az