Rusiya-Çin münasibətləri qızıl dövrə qədəm qoyur - Putin

Bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan Rusiya-Çin münasibətləri qızıl dövrünü yaşayır.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə görüşündə deyib.

"Biz bəyan etmişik ki, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri tarixinin ən yaxşı dövründədir. Onlar bərabərlik, qarşılıqlı fayda və bir-birinin suverenliyinə hörmət prinsipləri əsasında qurulur", - Rusiya prezidenti deyib.

“Harbinə səfər edərkən biz hamımız Rusiya ilə Çin Xalq Respublikası arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha anladıq”, - Rusiya prezidenti bildirib.

Mövsüm

Aznews.az