Duda: Polşa Ukraynaya əsgər göndərməyəcək

Polşa öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil.

Bu barədə respublika prezidenti Anjey Duda Slovakiyadan olan həmkarı Peter Pelleqrini ilə danışıqlardan sonra bildirib.

“Mən bu məsələyə yanaşmada cənab Prezidentlə mənim aramda heç bir böyük fərq görmürəm. Mən də düşünmürəm ki, Polşa Ukraynaya qoşun yeritsin. Bu, NATO ölkəsinin münaqişəyə girməsi olardı, ona görə də bu, çox ciddi məsələdir”,-deyə Duda qeyd edib.

Bununla belə, Duda əlavə edib ki, ölkə Ukraynaya hərbi yardım göndərir, həmçinin əsgərlər hazırlayır.

Mövsüm

Aznews.az